ÖZ XƏBƏR

Şabran Rayon Mərkəzi Xəstəxanasının yumşaq inventar və geyim alınması ilə bağlı tenderi ləğv edildi

"Şabran Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 2025-ci il üçün ayrılmış vəsait hesabına həyata keçirməyi planlaşdırdığı yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalması üzrə tender proseduru ləğv olunub.

32gun.az xəbər verir ki, ləğv edilmə səbəbi kimi, təklif verən malgöndərənlərin sayının qanunvericiliklə müəyyən edilən üç iştirakçıdan az olması göstərilib. Bu, “Satınalmalar haqqında” qanunun 36.1.1-ci maddəsi ilə əsaslandırılıb.

Ehtimal olunan müqavilə məbləği 17.042,15 manat idi. Satınalma çərçivəsində yataq dəsti, balış, uşaqlar üçün tərlik, yenidoğulmuşlar üçün böyük ölçülü yumşaq dəsmal, dəri ayaqqabılar və digər malların alınması planlaşdırılırdı.

Məsələ ilə bağlı keçirilən iclasda çıxış edən xəstəxana direktoru Səxavət Cəbrayılov, tenderin ləğvini təəssüf hissi ilə qeyd edərək, növbəti mərhələdə daha geniş iştirakçı cəlb olunmasına çalışacaqlarını bildirib.

Ayaz 

Oxşar Xəbərlər