ÖZ XƏBƏR

Azərbaycan Milli Kulinariya Mərkəzi VÖEN-İ olmayan fiziki şəxslə müqavilə bağlayıb

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən keçirilən satınalma proseduru çərçivəsində icarə xidmətinin satın alınması ilə bağlı qərar verilib. Qurum bu xidmət üçün İbrahimova Məleykə Əlsaab qızı ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki,  bağlanmış müqavilənin ümumi dəyəri 13.680 manat təşkil edir.

Diqqət çəkən məqam isə odur ki, müqavilə üzrə malgöndərənin VÖEN-i yoxdur. Bu isə dövlət satınalmaları ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri baxımından suallar doğurur. Belə ki, “Dövlət Satınalmaları haqqında” Qanuna görə, tender müqaviləsi yalnız vergi uçotunda olan fiziki və ya hüquqi şəxslərlə bağlana bilər.

Ayaz 

Oxşar Xəbərlər