ÖZ XƏBƏR

“Real”ın futbolçusu şəxsi həyata müdaxilə ilə bağlı ittiham olunur — Prokurorluq cəza tələb edir

İspaniyanın Cadena SER media orqanının məlumatına görə, prokurorluq "Real Madrid"in müdafiəçisi Raul Asensio üçün iki qıza qarşı şəxsi həyata müdaxilə ilə bağlı cəza istəyib.

32gun.az xəbər verir ki, Cadena SER xəbər yayıb.

Bundan əlavə, "Real"ın gənclər komandasında çıxış etmiş üç sabiq futbolçu barəsində də 4 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb olunub. Onlar uşaq pornosu yaymaqda ittiham olunurlar.

İttihama görə, adıçəkilən üç oyunçu "Real" akademiyasını tərk etdikdən sonra 16 və 18 yaşlı iki qızla cinsi əlaqəyə giriblər. Bu anlar kameraya çəkilib və görüntülər üçüncü şəxslərə ötürülüb.

Məlumata görə, Raul Asensio hadisənin özündə iştirak etməyib, lakin həmin videonu dostuna göstərmək üçün istədiyi və daha sonra videonu dərhal sildiyi bildirilir.

Buna baxmayaraq, prokurorluq Asensionun hərəkətinin cəzasız qalmamalı olduğunu bildirib, lakin onun üçün digər şəxslərlə müqayisədə daha yüngül cəza istəyib.

Ayaz 

Oxşar Xəbərlər