ÖZ XƏBƏR
Hacı Zeynalabdinin qızının ata evinə son qayıdışı - 1991-Cİ İLİN FOTOSU
Sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın vida mərasimindən nadir bir foto yayılıb.
32gun.az xəbər verir ki, 1991-ci ildə lentə alınan bu görüntüdə Sara xanımın Azərbaycan Tarix Muzeyində – yəni atasının bir zamanlar yaşadığı evdə yola salındığı anlar əks olunub.
Qeyd edək ki, Sara xanım sağlığında dəfələrlə bu evə baş çəkmək, keçmişini görmək istəsə də, ona buna icazə verilməmişdi. Öz evinə sağlığında girə bilməyən Sara xanımın meyiti illər sonra həmin evdən çıxdı.
Sara xanım ömrü boyu atasının haqqı uğrunda mübarizə aparan, onun xatirəsinin uca tutulması üçün yorulmadan çalışan fədakar bir qadın kimi xatırlanır.
Ayaz