ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Marjori Teylor Qrin prezident Donald Trampa Ukraynaya silah göndərilməsinin dayandırılmasını tələb edib.
32gun.az xəbər verir ki, o bu barədə X sosial şəbəkədə paylaşım edib
O, Trampın Hindistandan neft idxalına görə rüsumları artırmaq planına münasibət bildirərək fərqli addım atmağa çağırıb.
“Amerikalıların H1-B vizası ilə Hindistanlı işçilərlə əvəzlənməsinə və Obama/Bayden/neokonların Rusiya ilə Ukrayna arasında apardığı müharibənin maliyyələşdirilməsinə və silahlandırılmasına son qoyun”, – deyə konqresmen qeyd edib.
Xatırladaq ki, Tramp bir neçə gün öncə Hindistandan Rusiya neftini idxal və yenidən satış fəaliyyətinə görə bu ölkəyə qarşı rüsumların əhəmiyyətli dərəcədə artırılacağını bildirmişdi.
4 avqustda Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bəyan edib ki, Tramp Hindistanı Ukrayna münaqişəsinin maliyyələşməsində dolayı şəkildə iştirakda ittiham edir. Onun sözlərinə görə, ABŞ rəhbərliyi münaqişənin tənzimlənməsi üçün diplomatik və maliyyə təzyiqləri daxil olmaqla bir sıra vasitələri nəzərdən keçirir.
ABŞ-ın bu mövqeyinə cavab olaraq Hindistanın Baş naziri Narendra Modi ölkəni Amerika bazarından asılılığı azaltmağa və yerli məhsullar almağa çağırıb. Onun administrasiyası isə açıq şəkildə Rusiya neftinin alınmasına davam ediləcəyini bəyan edib.
Ayaz