ÖZ XƏBƏR

FHN Cəbrayılda yeni yanğından mühafizə binası tikəcək - 3,3 milyon manata

Fövqəladə Hallar Nazirliyi Cəbrayıl rayonunda yeni inzibati bina tikəcək.

32gun.az-ın  məlumatına görə, FHN-in Əsaslı Tikinti İdarəsi tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün inzibati binanın tikintisi planlaşdırılır.

Layihənin ehtimal olunan dəyəri 3 milyon 383 min 982 manat 78 qəpik olaraq göstərilib.

Ayaz 

Oxşar Xəbərlər