ÖZ XƏBƏR

Təcili Tibbi Yardım üçün  avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və.s alınacaq - 490 min manata

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mercedes-Benz,Mercedes Sprinter.Fiat Dobla XL,Ford Transit Crafter,tty avtomaşınları üçün ehtiyat hissə, avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və istismar mayelərinin satınalınması  üzrə keçirilmiş tenderin qalibi məlum olub.

32gun.az-ın məlumatına görə, qalib şirkət “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Bu satınalma üzrə 489.818 manatlıq müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, tenderin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır, qanuni təmsilçisi İlkin Zeynalov Əvəz oğludur.

Qeyd edək ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru hazırda Mirələm Cəlalovdur

Ayaz 

Oxşar Xəbərlər