ÖZ XƏBƏR

Dövlət Su Ehtiyatları Agentliyinin bu idarəsi 25 min manatlıq guşələr yaradır 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti yeni satınalma ilə gündəmə gəlib.

32gun.az-ın məlumatına görə, qurum guşələrin yaradılması və bədii tərtibat mallarının satın alınması məqsədilə 25.920,67 manat məbləğində vəsait ayırıb.

Layihə çərçivəsində iki ayrı guşənin – Qarabağ regional bölməsi və Lənkəran-Astara regional bölməsi üzrə qurulması nəzərdə tutulur.

Qeyd edək ki, Agentliyə hazırda Zaur Mikayılov rəhbərlik edir. Bu qurum son dövrlər müxtəlif bölgələrdə həyata keçirdiyi layihələrlə diqqət mərkəzinə düşür.
Ayaz 

Oxşar Xəbərlər