ÖZ XƏBƏR
Zaqatala Su Meliorasiya İdarəsi 141 min manatlıq təmir materialı alır
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi cari təmir işləri üçün mal-materialların satın alınması məqsədilə keçirdiyi tenderin nəticəsini açıqlayıb.
32gun.az-ın məlumatına görə, satınalmanın qalibi “İstehsal Təmir Sahəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla şirkət arasında 141.219,16 manat məbləğində müqavilə bağlanacaq.
Qalib şirkətin qanuni təmsilçisi Məmməd Şitayev Şəmsəddin oğludur.
Ayaz