DÜNYA ÖZ XƏBƏR

Rusiya İsrailə etiraz notası göndərdi – Qüds yaxınlığında Rusiya nümayəndəliyinə hücum

Rusiya Xarici İşlər Nazirliyi İsrail hakimiyyətinə rəsmi etirazını bildirib. Buna səbəb Rusiya Federasiyasının Fələstin Milli Administrasiyası (FNA) yanındakı nümayəndəliyinə məxsus xidməti avtomobilə Qüds yaxınlığındakı Givat-Asaf yaşayış məntəqəsi ərazisində edilən hücum olub.

32gun.az xəbər verir, bu barədə məlumat Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Nazirliyin saytında yayımlanan bəyanatında yer alıb.

Hadisənin detalları açıqlanmasa da, Rusiya tərəfi insidentlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və məsul şəxslərin müəyyən olunmasını tələb edir.

Ayaz 

Oxşar Xəbərlər