"RUSTAR ONLINE TOURİSM" Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi nəzarəti zamanı aşkar edilmiş pozuntuya görə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, Sanksiya, POS-terminalların quraşdırılması hallarına nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina ilə bağlı tərtib edilmiş AKT əsasında verilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev B9, korpus 5, mənzil 27-dir.
Qanuni təmsilçisi Emil Əliyev Rauf oğlu, nizamnamə kapitalı 20 manatdır.
Qeyd edək ki, vergi orqanları bu cür nəzarət tədbirləri vasitəsilə nağdsız ödənişlərin təşviqini və vergidən yayınmanın qarşısının alınmasını hədəfləyir.
Ayaz