ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində yaşayan 38 yaşlı Danella Qalyeqos komadan çıxaraq həyatını xilas edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın orqanlarının transplantasiya üçün çıxarılmasına bir neçə dəqiqə qalmış ayılıb.
Hadisə 2022-ci ildə baş verib. Naməlum tibbi ağırlaşma nəticəsində komaya düşən Danellaya sonradan həkimlər tərəfindən geri dönməz beyin zədəsi diaqnozu qoyulub. Tibbi rəy əsasında ailəsi onun orqanlarının donor kimi istifadə edilməsinə razılıq verib.
Lakin planlaşdırılan əməliyyatdan bir gün əvvəl ailə üzvləri Danellada şüur əlamətləri müşahidə edib – qadının gözündən yaş gəlib, əlləri tərpənib. Donor xidmətinin koordinatorları əvvəlcə bu reaksiyaları reflektor hesab ediblər. Amma həlledici an, Danellanın həkimlərin komandasına uyğun olaraq gözlərini qırpması olub.
Bunun ardından dərhal əməliyyat dayandırılıb və aparılan əlavə müayinələr qadının şüuruna qayıtdığını təsdiqləyib. Uzun reabilitasiya dövründən sonra Danella tam sağalıb.
O, bu hadisəni möcüzə adlandırır. Qeyd olunur ki, bu cür hallar əvvəllər də qeydə alınıb və bu, ABŞ-da orqan donorluğu sisteminin təşkili məsələlərini yenidən gündəmə gətirib.
Ayaz