DÜNYA ÖZ XƏBƏR

Altayda 10 yaşlı uşaq oyun valyutası üçün dələduzların qurbanı olub

Altayda 10 yaşlı oğlan “Roblox” oyununda virtual valyuta qazanmaq istəyərkən valideynlərini borca salıb.

32gun.az xəbər verir ki, bu barədə Altapress.ru məlumat yayıb.

Məlumata görə, uşaq Telegram kanalında oyun valyutası udmaq təklifi ilə qarşılaşıb. “Mükafatı” almaq üçün dələduzlar ona valideynləri adından kredit rəsmiləşdirməyi tapşırıblar.

Fırıldaqçılar uşağı guya 120 min rubl cərimə olunacağı ilə hədələyərək təlimatlarına əməl etməyə məcbur ediblər. Onların diktəsi ilə oğlan valideynlərinin telefonlarını götürərək ümumilikdə 500 min rubldan çox məbləğə iki kredit kartı açıb və bütün pulu dələduzların hesabına köçürüb.

Hadisədən yalnız səhər xəbər tutan valideynlər dərhal polisə müraciət ediblər. Faktla bağlı cinayət işi başlanıb.

Nilay 

Oxşar Xəbərlər