DÜNYA

Türkiyədə son saatda 100 yeraltı təkan qeydə alınıb

Xəbər verdiyimiz kimi, Balıkəsirin Sındırgı mahalında 6,1 bal gücündə zəlzələ baş verib.

32gun.az xəbər verir ki, Yeraltı təkan İstanbul və Mərmərə bölgəsində də hiss olunub. Hadisə nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.

Zəlzələ çoxlu sayda evə ciddi ziyan vurub, dağıntılar isə dron vasitəsilə görüntülənib.

AFAD-ın məlumatına görə, 6,1 bal gücündəki əsas təkanın ardından ərazidə ən böyüyü 4,6 bal olmaqla 100 afterşok qeydə alınıb.

 

Oxşar Xəbərlər