DÜNYA ÖZ XƏBƏR

Ekstrasenslərlə bağlı verilişə deputat etiraz etdi - Bu ölkədə

Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov “Ekstrasenslər döyüşü” verilişinin mənəviyyatın pozulması elementlərindən biri olduğunu bildirib.

32gun.az bildirir ki, onun sözlərini NEWS.ru yayıb.

Deputatın fikrincə, proqramda mənəvi dəyərlər “ezoterik fokuslarla” əvəz olunur. O əlavə edib ki, verilişdə baş verən hadisələr ssenari üzrə qurulsa da, tamaşaçılara real kimi təqdim edilir. Svintsov hesab edir ki, bu cür layihələr izləyicilərdə reallığı qavrama mexanizmlərini təhrif edir.

“Bizim mədəniyyətimiz, tariximiz və ümumilikdə tərbiyə sistemimizlə mübarizə aparan çoxsaylı elementlər var. Bunu sakit və ayıq şəkildə qiymətləndirmək lazımdır. Və tədricən bu alətləri məhdudlaşdıraraq normal cəmiyyətin tərbiyə sistemini qurmaq gərəkdir”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, “Ekstrasenslər döyüşü” mistik reallıq-şoudur. Burada özlərini cadugər və sehrbaz adlandıran şəxslər paranormal qabiliyyətlərini nümayiş etdirirlər. Layihənin 1-dən 7-ci mövsümünə aktyor Mixail Poreçenkov, 8-ci mövsümdən etibarən isə Marat Başarov aparıcılıq edib. Veriliş tez-tez qurama xarakter daşıdığına görə tənqid olunur.

Nilay 

Oxşar Xəbərlər