DÜNYA ÖZ XƏBƏR

Avstriya ilk dəfə gender-neytral pasport verir

Avstriya ilk dəfə cins qrafasında “kişi” və ya “qadın” əvəzinə “X” işarəsi olan gender neytral xarici pasport verib.

32gun.az xəbər verir ki, bu barədə ölkənin OE24 telekanalı məlumat yayıb.

Bildirilir ki, sənədi Almaniyada yaşayan şəxs alıb. Almaniyada 2024-cü ildən qüvvədə olan genderin özünü müəyyənləşdirməsi haqqında qanun rəsmi sənədlərdə cinsin divers (“digər” və ya qeyri-binar cins) kimi göstərilməsinə imkan verir.

Avropa İttifaqı Məhkəməsinin ötən ilin oktyabrında verdiyi qərara əsasən, bir Aİ ölkəsində qeydə alınan gender dəyişikliyi digər üzv dövlətlər tərəfindən də tanınmalıdır. Bu səbəbdən, Avstriyada qeyri-binar cinsin tanınmasına dair qanun olmasa da, Vyana həmin şəxsə Avropa standartlarına uyğun pasport verib.

Məlumata görə, Avstriya əvvəlcə müraciəti qəbul etmək istəməyib. Lakin vətəndaş sənədləri yenidən göndərərək vəziyyətinin “kurioz” olduğunu izah edib. Onun sözlərinə görə, hazırda hüquqi baxımdan iki fərqli gender statusuna malikdir və bu status hər dəfə sərhədi keçəndə dəyişir.

Qeyd olunur ki, Avstriyada daimi yaşayan vətəndaşlar hələlik “qeyri-binar” qrafalı pasport ala bilmirlər.

Ayaz 

Oxşar Xəbərlər