ÖZ XƏBƏR
Səhiyyə Nazirliyinin Hematologiya İnstitutunda və Talassemiya Mərkəzində 1.2 milyon manatlıq təmir ləğv edilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən Elmi-Tədqiqat Hematologiya və Transfüziologiya İnstitutunun inzibati binasında və Talassemiya Mərkəzində cari təmir işlərinin satın alınması üçün keçirilən tender ləğv olunub.
32gun.az xəbər verir ki, tenderin ləğv edilməsinə nəzarət orqanının qərarı səbəb olub.
Tenderin ehtimal olunan qiyməti 1283053,50 AZN təşkil edirdi.
Ayaz