Trampın Putinə “hədiyyəsi” üzə çıxıb
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə hədiyyə edərək onu Ukrayna münaqişəsinin həlli üzrə görüşə Alyaskaya dəvət edib.
32gun.az xəbər verir ki, nu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
Nəşrdə qeyd olunur ki, ABŞ prezidenti Putini üçüncü bir ölkəyə deyil, məhz Alyaskaya dəvət etməklə Kremlin xeyrinə jest edib. Hazırlıq işləri nəticəsində Rusiya liderinin artıq ABŞ torpağında qarşılanacağı bildirilir.
Məqalədə vurğulanır ki, Avropalıların Donald Trampın Vladimir Putinin “oyunundan” yorulacağı və Rusiyaya qarşı sərt mövqe tutacağı ilə bağlı ümidləri müvəqqəti olub.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü 15 avqustda Alyaskada keçiriləcək. Əsas müzakirə mövzusu Ukraynada sülh olacaq. Gözlənilir ki, müzakirələrdə ərazilərin dəyişdirilməsi və Kiyevin NATO-ya üzvlükdən imtinası kimi təkliflər də gündəmə gətiriləcək.
Ayaz