ÖZ XƏBƏR

Məhkəmə-Hüquq Şurası SMS xidməti üçün 79 min manatlıq müqavilə bağlayacaq

Məhkəmə-Hüquq Şurası SMS xidmətinin təqdim edilməsi üçün toplu SMS-lərin satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.

32gun.az xəbər verir ki, qalib şirkət “L-Sim” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 79.450 AZN təşkil edir.

Müqavilə çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə aid bildiriş və məlumatların SMS vasitəsilə göndərilməsi təmin olunacaq.

Ayaz 

Oxşar Xəbərlər