ÖZ XƏBƏR
Tovuzda yanğın: 4 iribuynuzlu heyvan tələf olub / Hadisə yerindən GÖRÜNTÜ
Tovuzun Alakol kəndində yanğın olub. Hadisə 44 yaşlı kənd sakini Ceyhun Qarayevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan tövlədə baş verib.
32gun.az-ın məlumatına görə, nəticədə tövlənin yanar konstruksiyaları 100 kvadratmetr sahədə, ona bitişik sahəsi 20 kvadratmetr olan talvarın taxta atmaları isə 5 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı talvarın altında yığılan 200 kiloqram ot bağlaması və 4 iribuynuzlu heyvan tələf olub. Yüksək temperaturdan yaxınlıqdakı plastik su çəni də qismən əriyib.
Tövlənin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
32gun.az hadisə yerindən əldə etdiyi görüntünü təqdim edir:
Ayaz
.
.
.
.