ÖZ XƏBƏR
“Daşkəsən Dəmir Filiz” MMC işçiləri üçün geyim və mühafizə vasitələri alacaq -106 min manata
“AzerGold” QSC tərəfindən təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC işçilərin təhlükəsizliyi və rahatlığı üçün geyim və fərdi mühafizə vasitələrinin satın alınmasını həyata keçirəcək.
32gun.az xəbər verir ki, Satınalma qalibi “GİLL MED” Qapalı Səhmdar Cəmiyyətidir və təklifin qiyməti 106.551,64 AZN təşkil edir.
Alınacaq avadanlıqlar və geyimlər arasında dielektrik çəkmə, dielektrik əlcək (1000V-a qədər, elektrik qövsündən qoruyucu), xadimə ayaqqabısı (ağ rəngli başmaq), işçi geyimi / yay (kitel və şalvar, texniki-mühəndis və fəhlə heyətləri üçün), işçi geyimi / qış (kitel və şalvar, texniki-mühəndis və fəhlə heyətləri üçün), xadimə geyimi və digər zəruri vasitələr yer alır.
Ayaz