DÜNYA ÖZ XƏBƏR

Ağ Evdə Tramp–Zelenski görüşü: ABŞ silahlarının alınmasında çətinliklər müzakirə olunub

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Tramp ilə Ağ Evdə keçirilən görüşdə Kiyevin ABŞ istehsalı olan silahların alınmasında müəyyən problemlərlə üzləşdiyini bildirib.

32gun.az xəbər verir ki, görüşün yayımı Ağ Evin YouTube kanalında aparılıb.

Zelenski çıxışında qeyd edib ki, Avropa ABŞ silahlarının ödənişini NATO proqramı çərçivəsində həyata keçirir:
“Biz Avropaya minnətdarıq. Onlar bu silahların alınmasına görə NATO proqramı vasitəsilə ödəyirlər. Amma maliyyələşdirmə üçün vəsait əldə etməkdə bir sıra problemlərimiz var”, – deyə o vurğulayıb.

Donald Tramp isə öz növbəsində açıqlayıb ki, bundan sonra ABŞ silahlarının Ukraynaya verilməsi üçün əsas maliyyə yükünü NATO ölkələri daşıyacaq.

Xatırladaq ki, 18 avqustda Ağ Evdə baş tutan bu görüş Tramp və Zelenskinin fevral ayında birgə mətbuat konfransında yaşanan qalmaqaldan sonra ilk şəxsi danışıqlarıdır.

Vaşinqtona həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, NATO baş katibi Mark Rütte, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliya Baş naziri Corca Meloni və Finlandiya Prezidenti Aleksandr Stubb da gəlib.

Ayaz 

Oxşar Xəbərlər