DÜNYA ÖZ XƏBƏR

Bələdiyyə sədrinin avtomobili qəzasında - yaralılar var

Kırıkkalenin Keskin Bələdiyyə Başçısı Ekmel Cönger (55) yol qəzasında xəsarət alıb. Hadisə zamanı avtomobildə olan bələdiyyə məclis üzvü Duran Sargın (65) və sürücü, Yazı İşləri Müdürü Zeki Kurtaran (44) da yaralanıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza saat 20:00 radələrində Konya–Ankara avtomobil yolunun Cihanbeyli mahalı Gemecik bölgəsində baş verib. Zeki Kurtaranın idarə etdiyi 71 KE 271 nömrəli avtomobil, önündə gedən və yola anidən çıxan eşşəyə çırpılan avtomobilə dəyməmək üçün manevr edib. Bu zaman sürücü idarəetməni itirib, avtomobil aşıb və şarampola yuvarlanıb.

Hadisə yerinə polis, jandarma və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı Cönger, Sargın və Kurtaran xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Qəza nəticəsində avtomobilin dəydiyi eşşək ölüb. Faktla bağlı araşdırma aparılır.

Ayaz 

Oxşar Xəbərlər