ÖZ XƏBƏR
Beyləqan Rayon Mərkəzi Xəstəxanası üçün yeni avadanlıqlar alınacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanası (Publik Hüquqi Şəxs) digər malların satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan qiyməti 44 min 73 manat təşkil edir.
Məlumata görə, satınalma çərçivəsində xəstəxananın ehtiyacları üçün araba, iki kranlı samovar, stəkan altlıqları ilə birlikdə stəkan dəsti, nahar qaşıqları, nahar çəngəlləri, iri servis qaşığı, çömçə, çay qaşığı, yeməklərin daşınması üçün termos qab (konteyner) və digər mətbəx avadanlıqlarının alınması nəzərdə tutulur.
Ayaz