ÖZ XƏBƏR
Kamal Ələkbərovun rəhbərlik etdiyi Kəngərlidə 367 min manatlıq texnika alınacaq
Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən kommunal sahənin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tenderin qalibi “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 367 min AZN məbləğində müqavilənin bağlanacağı gözlənilir
Müqaviləyə əsasən rayon üçün kanalizasiya təmizləyici avtomobil, qoşqulu traktor və kombinə edilmiş çiləyici-yuyucu avtomobil alınacaq.
Qeyd edək ki, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Elbrus oğlu Ələkbərovdur.
Ayaz