Bolsonarunun ətrafı onun həbs olunmasından narahatdır
Braziliyanın sabiq prezidenti Jair Bolsonaro barədə yeni qalmaqallı məlumatlar yayılıb.
32gun.az xəbər verir ki, bu barədə ölkənin "O Globo" əzeti məlumat verib.
Qəzetin yazdığına görə, siyasətçinin telefonunda onun Argentinaya qaçış planı ilə bağlı sənəd aşkarlanıb.
Polisin qənaətinə əsasən, sənəd Bolsonaro-nun Argentinada siyasi sığınacaq almaq niyyətində olduğunu göstərir. Nəşrin məlumatına görə, keçmiş prezidentin ətrafı bu informasiyanı həqiqi sayır. Onun tərəfdarları isə bu xəbərə təəccüblə yanaşıblar. Əgər məlumat təsdiqlənərsə, Bolsonaro üçün həbs və hətta həbsxanaya göndərilmə qərarı çıxarıla bilər.
Xatırladaq ki, bu ilin iyununda Braziliya federal polisi Bolsonarunu casusluqda ittiham edib. İddialara görə, onun hökuməti rəqib hesab etdiyi şəxsləri izləyib. Bu sxemə sabiq prezidentin oğlu Karlos Bolsonaro rəhbərlik edib, Jair Bolsonaro isə ictimai hücumların əsas faydalanıcısı olub.
Ayaz