ÖZ XƏBƏR

Zaur Əliyevin bu tenderi dayandırıldı

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi yazılı tərcümə xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, tender proseduru təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə cavab verməməsi səbəbindən, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsinə əsasən dayandırılıb.

Satınalmanın ehtimal olunan dəyəri 12.976 manat təşkil edirdi.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevdir.

Ayaz

Oxşar Xəbərlər