Sasseks hersoginyası Meqan Markl yeni kulinariya şousunun çəkilişində limon souslu makaron hazırlayarkən bahalı zinət əşyaları ilə diqqət çəkib.
32gun.az bildirir ki, bu barədə Daily Mail-in məlumat yayıb.
Onun əllərində mərhum şahzadə Dianaya aid Cartier Tank Française saatı, Cartier bilərzik və Jennifer Meyer tennis bilərziyi görüntülənib. Bu zinət əşyalarının ümumi dəyərinin təxminən 270 min dollar olduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə Radar Online nəşri yazmışdı: Netflix Meqan Markl və şahzadə Harri ilə imzalanmış 100 milyon dollarlıq müqaviləni ləğv etdikdən sonra hersoginya çətin vəziyyətə düşüb. Mənbənin sözlərinə görə, Meqan Markl populyarlığını itirməkdən qorxur və diqqət mərkəzində qalmaq üçün müxtəlif addımlar atmağa hazırdır. Bildirilir ki, o, hazırda Vupi Qoldberqin aparıcılıq etdiyi The View verilişinə qoşulmaq istəsə də, buna hələlik imkan yoxdur.
Ayaz