Moskvada “Живописный” körpüsündə məşhur biznesmen Sergey Belyuskin qəfil dünyasını dəyişib.
32gun.az xəbər verir ki, TASS-ın hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, 57 yaşlı iş adamı Aston Martin markalı avtomobilin sükan arxasında olarkən ürək tutması keçirib.
Hadisə nəticəsində Belyuskin idarəetməni itirərək avtomobili yol ayrıcındakı dəmir arakəsməyə çırpıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib.
Şahidlərin sözlərinə görə, qəza öncəsi avtomobil yolda bir müddət qeyri-sabit hərəkət edib. Toqquşmadan sonra ətrafdakı insanlar avtomobilin qapılarını açaraq iş adamına ilkin yardım göstərməyə çalışıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Belyuskin hadisə yerində vəfat edib.
Xatırladaq ki, 2011-ci ildə Sergey Belyuskin Range Rover markalı avtomobil idarə edərkən yazıçı Mariya Arbatovanın həyat yoldaşını vurmuşdu. Zərərçəkən ağır yaralanmış, üç mürəkkəb əməliyyat keçirmişdi.
Ayaz