ÖZ XƏBƏR
İcra Başçısı Rafil Hüseynov 16 min manatlıq mebel alır - Kreslo, masa, xalça və.s
Ağcabədi Rayon İcra Hakimiyyəti mebel avadanlıqlarının alınması və quraşdırılması məqsədilə keçirilən tenderinin qalibi fiziki şəxs Əsəd Qacar oğlu Əzizov olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 16.461 manat məbləğində müqavilə bağlanacağı planlaşdırır.
Tenderin şərtlərinə əsasən, alınacaq avadanlıqlar sırasına kitab rəfi, ölçüsü 53 metrə 1,5 metr olan dəhliz xalçası, 2 metrə 3 metr ölçülü xalça, stul, adi və çəkəcəməli yazı masaları, toplantı masası, qonaq və rəhbər üçün nəzərdə tutulmuş kreslolar daxildir.
Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur.
Ayaz