Sankt-Peterburqun Nevski rayon məhkəməsi Vladislav Donskov və Timofey Qaydukovu tam şəkildə bəraətə layiq görüb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, onlar Nevski rayonunda mənzil qapısının yanında təkəri yandırmağa cəhddə ittiham olunurdular. Məhkəmə hər iki şəxsi həbsdən azad edib və onlara reabilitasiya, həmçinin mənəvi və maddi ziyana görə kompensasiya tələb etmək hüququ izah olunub.
İttiham tərəfi onların qrup halında əmlakı qəsdən məhv etməyə və iki və ya daha çox şəxsin həyatına təhlükə yaratmağa cəhd göstərdiklərini bildirirdi. Lakin məhkəmə cinayət tərkibinin olmadığını açıqlayıb.
İstintaqın versiyasına görə, 26 may 2024-cü il gecəsi Donskov və Qaydukov binanın pilləkən meydançasında mənzil qapısını yandırmaq istəyiblər. Onlar naməlum sifarişçinin tapşırığı ilə hərəkət etmiş ola bilərlər. Təkəri yandırıcı maye ilə isladaraq alışdırmağa çalışsalar da, yanğın baş verməyib və onlar hadisə yerindən uzaqlaşıblar. Ertəsi gün isə hər ikisi saxlanılıb.
Hadisə kriptobloqer Pётr Lunevin qohumunun yaşadığı mənzillə əlaqələndirilir. Həmin evdə 2023-cü ilin dekabrında da oxşar yanğın cəhdi olub. O vaxt Perm diyarından olan 33 yaşlı bir şəxs saxlanılmış və məhkəmə tərəfindən 1 il azadlıqdan məhrumetmə cəzası almışdı.
Hüquq-mühafizə orqanlarının iddiasına görə, yanğınların sifarişçisi ukraynalı videobloqer Anatoli Şariy ola bilər.
Ayaz