ÖZ XƏBƏR

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 1 milyonluq mikroskop almaq istəyi "puç oldu"

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu avadanlıq – mikroskop – satın alınması üzrə elan etdiyi müsabiqəni ləğv edib.

32gun.az xəbər verir ki, Satınalma komissiyasının açıqlamasına görə, təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilmiş minimum tələbdən – üç təchizatçıdan – az olduğundan müsabiqənin davam etdirilməsi mümkün olmayıb. Komissiya mövcud qanunvericiliyə əsasən 28 avqust 2025-ci il tarixli protokolu ilə müsabiqənin davamından imtina edib.

Müsabiqənin ilkin ehtimal olunan qiyməti 918.562,15 AZN təşkil edib.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun direktoru geologiya-mineralogiya elmləri doktoru, professor Əlizadə Akif Ağa Mehdi oğludur.

Ayaz

Oxşar Xəbərlər