ÖZ XƏBƏR

Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyada şəbəkə infrastrukturunun qurulması planlaşdırılır

Səhiyyə Nazirliyinin  “Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya” Publik Hüquqi Şəxsi tender elan edib.

32gun.az xəbər verir ki, tenderə əsasən şəbəkə infrastrukturunun qurulması məqsədilə satınalma aparılacaq.

 İşlər çərçivəsində aşağıdakı avadanlıq və xidmətlər nəzərdə tutulub:

Şəbəkə avadanlığı (switch)

Şəbəkə kabeli və kabel kanalları

IP telefonlar və IP ATS

Şəbəkə kabini, patç-panel, uzadıcı cərəyan bloku, kabel orqanayzer, kommutasiya kabeli

Servis xidmətləri

Ehtimal olunan qiymət 35.773,70 AZN təşkil edir.

Ayaz

Oxşar Xəbərlər