ABŞ Prezidenti Donald Tramp artıq Konqres tərəfindən təsdiqlənmiş təxminən 5 milyard dollarlıq xarici yardım paketini ləğv etməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə New York Post xəbər verib.
Bildirilir ki, Tramp maliyyə ilinin sonuna yaxın Konqresə xarici yardım və sülhməramlı əməliyyatlar üçün ayrılan vəsaitlərin ləğvi ilə bağlı müraciət edəcək.
29 avqust tarixində ABŞ administrasiyası inkişaf etməkdə olan ölkələrə yardımını 3,2 milyard dollar azaldaraq, bir çox proqramların “ABŞ maraqlarına zidd” və amerikalılara faydasız olduğunu bildirib. 2024-cü il üçün inkişaf etməkdə olan ölkələrə ayrılan 3,9 milyard dollardan 3,18 milyard dollar ləğv edilib.
Ayaz