ÖZ XƏBƏR
“Sutikinti” müəssisəsinə 767 min manata görün nə alınacaq
Azərbaycan Respublikası “Azərsu” ASC-nin “Sutikinti” müəssisəsi nəqliyyat mexanizmlərinin icarəsi xidmətinin satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 767.059,00 AZN təşkil edir.
İcarəyə götürüləcək texnikalar arasında 2020-ci ildən köhnə olmayan 1 kub ekskavator (qırıcı xətt ilə birgə), mini yükləyici ekskavator, 0,5 kubluq rezin tırtıllı ekskavator, 10 tonluq evakuator, həmçinin dayman və digər texnikalar yer alır.
Ayaz