ÖZ XƏBƏR
Siyəzən Su Meliorasiya Sistemləri İdarəsi ehtiyat hissələri və avadanlıq alacaq
Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi maşın-mexanizmlər, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və müxtəlif avadanlıqların satın alınması üzrə tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “Aliyev Motors Company” MMC olub. Şirkətin təklifi 48.436,89 AZN təşkil edib.
Qanuni təmsilçisi Məftun Əliyev Şaban oğludur. Şirkətin nizamnamə kapitalı 10 manatdır və o, 04 noyabr 2024-cü ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Murad Xəlilov Siyəzən Suvarma Sistemləri İdarəsinin rəisidir
Ayaz