ÖZ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maşın və avadanlıqlar alacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti maşın və avadanlıqların satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 30.903,61 AZN təşkil edir.

Tender çərçivəsində İP-telefonlar, rəhbər üçün İP-telefon, Cat 6 F/UTP şəbəkə kabelləri (kabel çəkilişi daxil olmaqla), termal printer, çox yönlü mikrofon, kabel trankı və digər avadanlıqlar alına bilər.

Ayaz 

Oxşar Xəbərlər