ÖZ XƏBƏR
Şəki Rayon Mərkəzi Xəstəxanasının IT avadanlıqları tenderi ləğv edildi
“Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs IT avadanlıqlarının satın alınması üzrə tender elan etmişdi.
32gun.az xəbər verir ki, müsabiqə təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci bənd) ləğv olunub.
Satınalmanın ehtimal olunan qiyməti 8 min 112,5 manat təşkil edirdi.
Qeyd olunur ki, xəstəxanaya hazırda Məcid Əliyev rəhbərlik edir, o, 2022-ci ildə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə direktor təyin olunmuşdu.
Bundan öncə də xəstəxananın bir neçə tenderi baş tutmamışdı.
Ayaz