ÖZ XƏBƏR
Vüqar Behbudovun 75 min manatlıq lift təmiri də baş tutmadı - SƏBƏB
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs tabeliyindəki sosial xidmət müəssisələrinin inzibati binalarında liftlərin təmiri üzrə işlərin satın alınması üçün tender elan etmişdi.
32gun.az xəbər verir ki, müsabiqə təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci bənd) ləğv olunub.
Satınalmanın ehtimal olunan qiyməti 75 min 143,58 manat təşkil edirdi.
Qeyd edək ki, agentliyin bir müdd\t öncə 13,4 milyon manat dəyərində 3 tenderi ləğv edilmişdi.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.
Ayaz