ÖZ XƏBƏR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki milli parka avtomobil alınacaq - 411 min manata
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Göy-Göl Milli Parkı “Avtomobil nəqliyyat vasitələri”nin satın alınması üçün tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “Toyota Absheron Center” MMC olub. Tərəflər arasında 411 min 500 manatlıq müqavilə bağlanması nəzərdə tutulur.
Satınalma çərçivəsində park üçün 5 ədəd pikap və 1 ədəd sedan tipli nəqliyyat vasitəsi, hər biri 2025-ci il buraxılışlı, alınacaq.
Qeyd: Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur.
Ayaz