ÖZ XƏBƏR
38 min manata layihə-smeta xidməti alınacaq
“Əsaslı Tikinti və Təchizat” MMC-nin Gəncə və Naftalan şəhərlərində yerləşən Heydər Əliyev Mərkəzlərinin binalarının cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətləri üçün elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Creat Company” MMC olub.
Tərəflər arasında 38 min 940 manatlıq müqavilə bağlanması nəzərdə tutulur.
Ayaz