ÖZ XƏBƏR

Daşkəsəndə fondun təmiri üçün 105 min manatlıq müqavilə - 10 AZN-lik şirkətlə

Daşkəsən Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyi Daşkəsən şəhərində mənzil fondunun əsaslı təmiri üzrə tender keçirib.

32gun.az xəbər verir ki, müsabiqənin  qalibi “VNM İnşaat” MMC olub. Tərəflər arasında 105 min 706,59 manatlıq müqavilə bağlanması nəzərdə tutulur.

Qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Vüqar Nağıyev Məhəmməd oğludur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovdur.

Ayaz

Oxşar Xəbərlər