Şimali Koreya lideri Kim Çen In-in 80 illik İkinci Dünya müharibəsində Qələbə bayramında iştirak etmək üçün yola düşdüyü xüsusi qatar Çin sərhədini keçib.
32gun.az xəbər verir ki, bu barədə Pxenyan radiosu “Koreya səsi” məlumat yayıb.
Məlumata görə, KXDR nümayəndə heyətini daşıyan qatar sentyabrın 2-si səhər tezdən Çin ərazisinə daxil olub.
Bundan öncə, sentyabrın 1-də BBC yazmışdı ki, Şimali Koreya liderinin bron qatardakı restoran vaqonunda qonaqlara təzə xərçəng və seçilmiş fransız şərabları təqdim olunur.
Jurnalistlərin fikrincə, Kim Çen In-in Pekində keçiriləcək hərbi paradda iştirakı Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə mümkün üçtərəfli görüşün əsasını qoya bilər.
Xüsusi qatarın gücləndirilmiş təhlükəsizlik səbəbindən yavaş hərəkət edəcəyi, Pekinə isə təxminən 20-24 saat ərzində çatacağı bildirilir. Kim Çen In-in Çinin paytaxtına sentyabrın 2-də gəlməsi gözlənilir.
Nilay