ÖZ XƏBƏR

Naxçıvan Dövlət Məşğulluq Agentliyi sertifikasiya auditi xidmətini satın almaq planını ləğv etdi

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi ISO 9001:2015, ISO 37001:2016 və ISO 10002:2018 beynəlxalq standartları üzrə sertifikasiya auditi xidmətinin satın alınması üçün elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi kimi təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun gəlməməsi göstərilib (36.1.2). Ehtimal olunan qiymət 55.839,54 AZN təşkil edirdi.

Bu qərar, Agentliyin beynəlxalq standartlara uyğun sertifikasiya prosesini davam etdirmək planlarını yenidən nəzərdən keçirməsinə səbəb olacaq.

Ayaz

Oxşar Xəbərlər