DÜNYA ÖZ XƏBƏR

Yeniyetmələr uşaq evinin şagirdini döyüblər - Bu ölkədə

Kuzbass bölgəsində yeniyetmələrin azyaşlı qızı döyməsi ilə bağlı araşdırma aparılır.

32gun.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisədən sonra sosial şəbəkələrdə yayılan videoda Krasnıy Orl qəsəbəsində baş verən insident əks olunub. Kadrlarda böyük yaşlı məktəbli qızın kiçik qızı dizləri üzərinə qoyduğu və ondan üzr istəməsini tələb etdiyi görünür.

Azyaşlı bir neçə dəfə söz deməli olub. Bir vaxtdan sonra böyük qız kiçik qızı tərbiyə etmək adı ilə ona şillə vurmağa və döyməyə başlayıb.

“Yaşamaqdan yorulmusan?” — qəzəblə qız belə soruşub.

İstintaq Komitəsi bildirib ki, zərərçəkmiş uşaq uşaq evinin yetirməsidir.

Hadisə ilə bağlı qrup şəklində xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin vəziyyətə diqqət çəkərək araşdırmanın gedişi barədə hesabat tələb edib. Həmçinin ona müəyyən edilən hallar barədə məlumat veriləcək.

Ayaz 

Oxşar Xəbərlər