ÖZ XƏBƏR

Regional Su Meliorasiya Xidməti təkərli ekskavatorlar alır - 2,4 milyona

“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi təkərli ekskavatorların satın alınması (8 ədəd) üçün elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Ramma” QSC olub.

Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 2.407.200 AZN təşkil edir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Ayaz

Oxşar Xəbərlər