ÖZ XƏBƏR
Culfa Rayon İcra Hakimiyyəti 196 minlik tenderi ləğv etdi
Culfa Rayon İcra Hakimiyyətinin və İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərin inzibati binalarında qazanxanaların kombi ilə əvəz olunmasını nəzərdə tutan tender ləğv olunub.
32gun.az xəbər verir ki, qərara əsasən, müsabiqənin dayandırılmasına səbəb təklif verən və müvafiq lisenziyaya malik şirkətlərin sayının üçdən az olmasıdır.
Ehtimal olunan müqavilə dəyəri 195.988,35 AZN təşkil edirdi.
Ayaz