ÖZ XƏBƏR

Astara Rayon İcra Hakimiyyəti 530 minlik yol təmiri tenderini ləğv etdi

Astara rayonunda büdcədənkənar vəsait hesabına rayondaxili yolların əsaslı təmiri işlərini əhatə edən tender baş tutmayıb.

32gun.az-ın məlumata görə, satınalmanın ləğv edilməsinə səbəb təklif təqdim edən şirkətlərin sayının üçdən az olmasıdır.

Ehtimal olunan müqavilə dəyəri 530.033,58 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər