ÖZ XƏBƏR

Tovuz Mərkəzi Xəstəxanası geyim və inventar üçün tender elan etdi

Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs işçi geyimləri, yumşaq inventar və yataq ləvazimatlarının alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki,satınalmanın ehtimal olunan qiyməti 34 min 995 manat 50 qəpik olaraq göstərilir.

Siyahıda müxtəlif kateqoriyadan işçilər üçün geyim dəstləri nəzərdə tutulur. Bunlara xadimə, bufet və aşbaz işçiləri, camaşırxana və mühafizə əməkdaşları, sürücülər, fəhlə və texniki heyət, qeydiyyatçılar və xəstə baxıcıları daxildir.

Həmçinin tibb personalı üçün – provizor və əczaçı geyimləri, uşaq, cərrahiyə, reanimasiya və digər şöbələrin tibb bacıları üçün xüsusi geyim dəstləri nəzərdə tutulub.

Tenderin məqsədi xəstəxananın müxtəlif bölmələrində çalışan işçilərin vahid formada geyimlə təmin olunmasıdır.

Ayaz

Oxşar Xəbərlər