ÖZ XƏBƏR

Gənclər və İdman Nazirliyi dəftərxana və təsərrüfat malları alacaq - 100 min manata

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aparatının və tabeli qurumlarının təminatı üçün dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 100 min 116 manat 33 qəpik təşkil edir. Siyahıda əsasən kağız məhsulları və müxtəlif printer modelləri üçün kartriclər üstünlük təşkil edir. O cümlədən:

Nazirliyə tenderə əsasən A4 formatlı 250 qramlıq kağız, müxtəlif markalı kartric mürəkkəbləri, HP, Canon, Epson printerləri üçün nəzərdə tutulan toner və kartriclər və sair alınmalıdır. 

Satınalma Nazirliyin gündəlik fəaliyyətində istifadə olunan dəftərxana və təsərrüfat mallarının təmin olunmasına yönəlib.

Ayaz

Oxşar Xəbərlər